Rusiya Ukraynanı bombaladı – Bu şəhərlər dağıdıldıbackend

Rusiya Ukraynanı bombaladı - Bu şəhərlər dağıdıldı

Rusiya qüvvələrinin hücumları nəticəsində Dnepropetrovsk vilayətinin bir neçə rayonu dağıdılıb.

KONKRET.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Ganja Teleqram səhifəsində məlumat verib.

O, bildirib ki, “Rusiya Dnepropetrovsk vilayətinin dörd rayonuna zərbə endirib, pilotsuz uçuş aparatları, artilleriya və aviazərbələrdən istifadə edilib.

Xüsusilə, Krivoy Rqor şəhəri kütləvi hücuma məruz qalıb. Yanğınlar baş verib və infrastruktur zədələnib. Kamensk rayonunun Verxovtsevo kəndində nəqliyyat infrastrukturu zərər görüb. 38 və 45 yaşlı iki kişi yaralanıb və evdə müalicə alacaqlar”.

Ganja həmçinin bildirib ki, “Sinelnikovski rayonunda Pokrovska icması zərbə alıb. İşğalçılar bir fərdi evi dağıdıb, yanğınsöndürmə hissəsinə və əlavə iki evə ziyan vurublar. Nikopol rayonunda isə həm rayon mərkəzi, həm də Pokrovska icma təsirə məruz qalıb, orada yaşayış binaları zədələnib”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*