Putindən tapşırıq: Avropaya qaz tədarükünü dayandırın!backend

Putindən tapşırıq: Avropaya qaz tədarükünü dayandırın!

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya hökumətinə Avropa bazarına qaz tədarükünün dayandırılması məsələsini nəzərdən keçirməyi tapşırmağı planlaşdırır.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, Putinin sözlərini Rusiya mediası sitat gətirib.

“Bəlkə indi Avropa bazarına tədarükü dayandırmaq bizim üçün daha sərfəlidir? Açılan yeni bazarlara yönəlib orada möhkəmlənək?” – deyə Putin Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşdən sonra bildirib.

“Onlar (Avropa ölkələri – red.) bir ay sonra Rusiya qazının, o cümlədən mayeləşdirilmiş qazın alınmasına məhdudiyyətlər tətbiq etməyi planlaşdırırlar. Bir ildən sonra isə daha sərt məhdudiyyətlər, hətta tam qadağa tətbiq etmək istəyirlər. Bu vaxt isə yeni bazarlar açılır”, – deyə o əlavə edib.

Putin bildirib ki, məsələni Rusiya şirkətləri ilə birlikdə işləyib hazırlamaq üçün hökumətə tapşırıq vermək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*