DSX-nin Tibb Xidmətinin rəisi ehtiyata buraxıldıbackend

DSX-nin Tibb Xidmətinin rəisi ehtiyata buraxıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, tibb xidməti polkovniki Kənan Yusifzadə ehtiyata buraxılıb.

KONKRET.az  Report-a istinadən xəbər verir ki, bununla bağlı DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Əmrə əsasən, K.Yusifzadə hərbi xidmətdə olmağın son yaş həddinə görə təqaüdə göndərilib.

Hələlik DSX-nin Tibb Xidmətinə yeni rəis təyin edilməyib.

Qeyd edək ki, K.Yusifzadə hazırda Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində ümumi cərrah vəzifəsində çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*