“Bəhram Bağırzadənin ağır formada koronavirus diaqnozu ilə reanimasiyaya yerləşdirilməsi xəbərindən pis oldum”.
KONKRET.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə öz sosial şəbəkə hesabında yazıb.
Millət vəkili qeyd edib ki, Bəhram xalqın sevimlisinə çevrilə bilib:
“Bəhram hamının sevimlisdir. KVN dalğasında tanınan bu insan hər zaman öz pozitiv, insansevər və vətənpərvər çıxışları ilə özü insanların sevimlisinə çevrilə bilmişdi.
Onun xəstələnməsi xəbəri çıxanda telefon nömrəsini tapdım, ona zəng edib, ürək-dirək vermək istədim.
Zəng getsə də, cavab verilmədi. Başa düşdüm ki, onun milyonlarla onu sevənlərin telefon zənginə cavab verməsi mümkün deyildi.
Tez sağal, Bəhram. Dualarımız səninlədir.”
Qeyd edək ki, koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti kəskin pisləşib. O, iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90 faizdən çox ağciyər toxumasının zədələndiyi müəyyən olunub.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.