Dünya kömürdən imtina edir: “On ildən sonra Avropada kömür olmayacaq” – Sergey İvanovbackend

Dünya kömürdən imtina edir: “On ildən sonra Avropada kömür olmayacaq” - Sergey İvanov

“Dünyanın kömürdən imtina etməsi səbəbindən mədənçilərin gələcəyi haqqında düşünmək lazımdır”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə rusiyalı siyasi ekspert Sergey İvanov məlumat paylaşıb:

“Kömürün gələcəyinə yanacaq olaraq qibtə etmirəm. İndi pik nöqtədə Asiya ölkələridir. Amma Avropada hər şey məlumdur. Yəni on ildən sonra Avropada kömür olmayacaq. ABŞ-da bəlkə də kömürün qurtarması daha bir neçə il çəksin. Asiya ölkələri isə son istehlakçılar ola bilərlər”.

“Mədənçilərimiz və kömür mədəni sahiblərimiz nə edəcəklər, bilmirəm, düşünmək lazımdır” – deyə Sergey İvanov fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*