Dünya masonları Bakıda toplaşdı – FOTObackend

Dünya masonları Bakıda toplaşdı - FOTO

Bakıda Azərbaycan Böyük Mason Lojasının Məclisi keçirilib. Dünyanın müxtəlif ölkələrindən olan loja üzvləri Azərbaycana gəlib.

KONKRET.az Azpost.info-ya istinadən bildirir ki, bu barədə Rusiya Böyük Mason Lojasının səhifəsində məlumat verilib.

Toplantı iyunun 28-də baş tutub.

Məxfi keçirilmiş iclasda müzakirə edilmiş məsələlər barədə məlumat verilməyib.

“Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Vashinqtonda qəbul olunmuş “Azerbaijan Lodge No.2001″in yaradılması ilə başlayıb. Bir il sonra Vashinqton D.C. Böyük Lojası layihəyə qatılmaq üçün Moskva Böyük Lojasını dəvət edib. “2002-ci ildə onlar Moskvada “Drujba No.24” lojasını yaratdılar. 2003-cü ildə sıx dostluq əlaqələrinin nəticəsi olaraq, Vashington D.C. Böyük Lojası Türkiyənin “Nur Lodge 2000” Böyük Lojası ilə birlikdə Ankarada Demir Savaşçı tərəfindən icarəyə alınan “Xəzər Lojası No.1000″ layihəsini yaratdılar”-deyə “Azərbaycan Milli Böyük Lojası” nın rəsmi açıqlamasında vurğulanıb.

2001-2008-ci illər aralığında Azərbaycan Milli Böyük Lojasının yaradılmasına hazırlıq məqsədilər bir çox qonaqlar Bakıya səfər edib. Bu müzakirələrdən sonra 2008-ci ildə lojanın yaradılmasına qərar verilib. Bunun ardından Vashinqton D.C. Böyük Lojası region olaraq Bakıda fəaliyyət göstərəcək “Baku Lodge No.2008″i yaradaraq Böyük Lojanın yaradılması istiqamətində hazırlıq işlərinə başlayıb. Xüsusi qeyd etmək lazımdır ki, bu qurumun yaradılması prosesində Rusiya Böyük Lojasının köməyi olub və çətin layihənin bütün səylərini dəstəkləyib.

5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin görüşündə Vashington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyyət arasında Parisdə toplantı keçirilib. Nəticədə Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edilib.

Toplantının sonunda protokol imzalanıb və növbəti həftə 9 dekabrda Bakıda təsis üçün razılıq əldə edilib. 9 dekabr 2008-ci ildə Azərbaycan Milli Böyük Lojasının təşkilati toplantısı çağırlaraq Vashington D.C. Böyük Lojası və Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyyət ilk Hörmətli Böyük Ustad elan olunub. Həmin iclasda Robert Bağır Heyyət öz Böyük Loja işçilərini elan edib. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci toplantı keçirilib və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnanə Böyük Ustad tərəfindən elan edilib.

  • Ülviyyə İsgəndərova
    İyul 6, 2024 - 12:39

    Mənim səsimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırın. Və xahiş edirəm mənim İlham Əliyevlə görüşməyimə vasitəçi olun. (055 992 55 79) DƏFƏLƏRLƏ İlham Əliyevə məktub yazsamda, daha dəqiq sərasər üç ildir İlham Əliyevə məktub yazsamda istədiyim cavabı ala bilməmişəm. Çünki İlham Əliyevin köməkçiləri Mənim məktubumu ona çatdırmırlar. Mənim maddi vəziyyətim acınacaqlıdır. Ay Azərbaycanlılar mənə bu işdə kömək edin. Necə edimki, məktubumu şəxsən İlham Əliyev açıb oxusun?!

    • Elnur
      İyul 7, 2024 - 11:27

      Xanim bir basa get prezident aparatina

  • Elnur
    İyul 7, 2024 - 11:28

    Onsuz bunlardi de her seyi idare eden bunlar istedikleri adami vezifeye qoyur ve bunlarin sozune baxir baxmayanda yaxsi yol

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*