Dünyada tanınmış azərbaycanlı alim qlobal istiləşmənin Azərbaycana təsirindən danışdıbackend

Dünyada tanınmış azərbaycanlı alim qlobal istiləşmənin Azərbaycana təsirindən danışdı

Şimal buzlaqları üzrə tanınmış ekspert, alim Əligüşad Kərimov KONKRET.az-ın qonağı olub.

Qeyri-dayanıqlı qruntlar üzrə elmi araşdırmaları ilə tanınan Şimal elmi tədqiqat institutunun elmi işçisi kimi müəyyən səmərələşdirici təkliflərin müəllifi olan bu soydaşımız Bakıdakı sürüşmə zonaları ilə bağlı da öz fikirlərini bölüşüb:

  • Müəyyən maili səviyyədə olan qruntlar suyun təsirindən sürüşməyə meyilli olurlar. Bir qayda olaraq mütəmadi müşahidələr nəticəsində sürüşməni proqnozlaşdırmaq və faciəvi nəticələrdən xilas olmaq mümkündür. Bünün üçün biz müasir texnologiyalardan istifadə edib analizlər aparır və mümkün poblemi modelləşdiririk. Bu işdə əsas faktorlardan biri mütəmadi monitorinqin aparılması və qabaqlayıcı tədbirlərin görülməsidir. Əgər maili müstəvinin hərəkətini dayandırmaq mümkün deyilsə, ən azından canlı itkinin qarşısını almaq mümkündür. Bunun üçün hər sürüşmə zonasının mühəndis araşdırmaları əsasında fərdi layihəsi işlənməli, geoloji, hidroloji, geofiziki metodlardan istifadə olunmalıdır. Qruntun strukturu, maye doyumluğu əsaslı şəkildə öyrənilməlidir.

Alim qlobal istiləşmə problemi ilə bağlı sualımızı da cavablandırıb.

  • Mən Şimalda əbədi buzlaqlar adlandırılan qruntlarda tədqiqat aparır, layihələndirmə ilə də məşğul oluram. Əbədi donmuş qruntlar qlobal istiləşmə prosesinin bir indikatoru da sayılır. Arktikada istiləşmə prosesləri orta qurşaqda yerləşən coğrafi ərazilərdə daha az hiss olunur. Biz 2035-ci və 2050-ci ilədək proqnozlaşdırılmış modelləri bilirik. Yağışların çox yağması, uzunmüddətli yağması qlobal istiləşmə prosesinin bir göstəricisidir. Yəni qar az yağır, yağış yağması isə çoxalıb. Yağışın aktiv təsirindən buzlaşmış qruntlar da aşılanmaya məruz qalır. Nəticədə Şimalda salınmış binalar sürüşməyə məruz qalırlar. Əslində dünya okeanlarından çox aralıda yerləşən Azərbaycan üçün qlobal istiləşmə prosesi yaxın perspektivdə elə də faciəvi nəticələrə səbəb olmayacaq. Amma okeanlara çıxışı olan bəzi ölkələr müəyyən torpaq sahəsini itirə bilər. Düşünürəm ki, böyük ehtimalla əlavə buxarlanma nəticəsində yaranmış yağış kütləsi gələcəkdə Azərbaycanda daha komfortlu iqlimə səbəb ola bilər. Yeni bitki növlərini floramızda görə bilərik, bəziləri itə bilər. Buzlaqlar, o cümlədən Qafqaz dağlarındakı buzlaqlar da əriyə bilər. Əslində ərimə prosesi yavaş da olsa var… Bizim planetimiz müxtəlif iqlim dövrlərini yaşayıb. Bunu bilən alimlər müxtəlif modelləri hazırlayır. Klimatoloq alimlərin bir qismi bu proseslərin dövri xarakter daşıdığını, digəriləri isə qorxulu bir proseslərin olmadığını sübut etməyə çalışır. Mən isə düşünürəm ki, bu proseslər hər halda bizim hamımıza təsir edəcək. Bu prosesi saxlamaq çətin ki, mümkün olsun. Çünki Şimalda buzlaqlar əridikcə alt qatlardakı qaz kütləsi üzə çıxır və atmosferə qalxır. Nəticədə atmosferin öz strukturu dəyişir. Bu proseslərə düşünürəm ki, ciddi yanaşmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*