Dünyanın ən “qonaqpərvər” ölkələri – SİYAHIbackend

Dünyanın ən "qonaqpərvər" ölkələri - SİYAHI

Türkmənistan, Əfqanıstan və Şimali Koreya “Passport İndex” saytının tərtib etdiyi “Welcoming Countries Rank” reytinqinə görə dünyanın ən “qonaq sevməyən” ölkələri kimi tanınıb.

KONKRET.az “Central Asia” nəşrinə istinadən xəbər verir ki, reytinq vətəndaşların mehribanlığına görə deyil, pasport sahiblərinin vizasız gedə biləcəyi ölkələrin sayına əsaslanıb.

Belə ki, Türkmənistan, Əfqanıstan və Şimali Koreya bütün ölkələrin vətəndaşlarından viza tələb edir.

Qeyd olunub ki, Mərkəzi Asiya regionunun ən qonaqpərvər ölkəsi 139 ölkə vətəndaşından viza tələb etməyən Özbəkistandır. Sonrakı yerlərdə Tacikistan (87), Qırğızıstan (80) və Qazaxıstan (77) gəlir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*