Dünyanın ən zəngin futbolçusu kimdir? – SİYAHIbackend

Dünyanın ən zəngin futbolçusu kimdir? - SİYAHI

Dövrümüzün ən gəlirli sahələrdən biri futboldur. Öz hobbiləri ilə məşğul olaraq milyonlar qazanan futbolçulara digər sahənin işçiləri həsəd aparır. Bəs görəsən futbolçuların arasında ən zəngini kimdir?

KONKRET.AZ dünyanın ən varlı futbolçuların siyahısını təqdim edir:

3. Lionel Messi (Barcelona)

Messi Ronaldo və Bekxemdən fərqli olaraq moda arxasınca qaçmır və meydandan kənarda ən yaxşı olmağa çalışmır. Amma bunlara baxmayaraq, argentinalı ulduzun 10 ildən çoxdur ki, “Adidas”, “Pepsi”, “Lays” və “Gilette” kimi şirkətlərlə iş birliyi var. Messinin reklamdan illik gəliri 27 milyon avrodur. “Barcelona” ilə olan müqaviləsinə görə isə Messi illik 84 milyon avro qazanır.

Ümümi büdcəsi ~ 400 milyon avro!

2. Kriştiano Ronaldo (Juventus)

Təkcə meydanda deyil, həmçinin modada da ən yaxşı olmağa çalışan portuqaliyalı ulduz “Juventus”dan 66 milyon avro qazanır. Bu məbləğ Messi və Neymarın illik maaşından az olsa da, Kriştiano Ronaldo marketinqin tanrısı kimi tanınır. Kriştiano “Nike”, “EA Sports” və yüzlərlə şirkətin əsas reklam üzüdür. Ronaldonun parfümeriya biznesi olduğu kimi otel biznesi də var. Dünyanın ən güclü futbolçularından olan Ronaldo reklamlardan illik nə az, nə çox, düz 50 milyon avro gəlir əldə edir!

Ümumi büdcəsi ~ 450 milyon avro!

1. Faik Bolkia (Leicester City)

Təəccüblü gəlsə də dünyanın ən varlı futbolçusu bir çoxumuzun tanımadığı, “Leicester City”nin hücumçusu Faik Bolkiyadır. 20 yaşlı futbolçunun maaş və reklam gəlirlərli az olsa da, o, dünyanın ən varlı futbolçusudur. Belə ki, Faik Bruneyin növbəti sultanı olacaq. Onun atası vəfat edəndən sonra ona 20 milyard avro miras qalacaq.

Ümumi olaraq – 20 milyard avro!

 

Hazırladı: Royal TÜRKSOY

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*