“Rus dünyası” ideoloqu və Kremlə yaxın simalardan biri olan Aleksandr Duqin ABŞ-ın keçmiş prezidenti Donald Trampa emosional müraciət edib.
KONKRET.az xəbər verir ki, o, sosial mediada “MAGA, sən haradasan?” çağırışı ilə çıxış edərək, Trampı və onun tərəfdarlarını Ukraynanın “Hörümçək toru” və “Mariçka” adlı hərbi əməliyyatlarına qarşı hərəkətə keçməyə səsləyib.
Duqinin bu çıxışı, analitiklərə görə, Ukraynanın yeni nəsil qeyri-simmetrik müharibə taktikalarının Kreml dairələrində yaratdığı narahatlığın göstəricisidir.
Onun bu çağırışı həm də ABŞ-da Tramp tərəfdarlarının – “Amerikanı yenidən möhtəşəm edək” (MAGA) hərəkatının Rusiya tərəfindən hələ də siyasi dəstək umudu ilə qəbul olunduğunu göstərir.
Natiq Səlim,
KONKRET.az