“Düşmən addımıdır” – Tramp Çin liderinə “od püskürdü”backend

"Düşmən addımıdır" - Tramp Çin liderinə "od püskürdü"

ABŞ Prezidenti Donald Tramp Çin hökumətinin nadir torpaq elementlərinin ixracına məhdudiyyət qoymaq qərarını “düşməncəsinə atılmış addım” adlandırıb və bu səbəbdən Çin Xalq Respublikasının sədri Si Cinpinlə planlaşdırılan görüşün “mənasız” olduğunu deyib.

KONKRET.az xəbər verir ki, Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edərək qeyd edib ki, Çində çox qəribə hadisələr baş verir və Pekinin son davranışları açıq şəkildə düşmənçilikdir.

“Onlar bütün dünyaya məktublar göndərərək nadir torpaq metalları ilə bağlı məhsullara ixrac nəzarəti tətbiq edəcəklərini bildirirlər. Hətta bəzi məhsullar var ki, Çin onları istehsal etmir, amma nəzarəti ələ almağa çalışır”, – Tramp paylaşımında yazıb.

ABŞ lideri bu qərardan iki həftə sonra Cənubi Koreyada keçiriləcək APEC sammiti çərçivəsində Si Cinpinlə görüşmək fikrindən daşınıb və yenidən Pekinə qarşı gömrük rüsumlarını artırmaqla hədələyib.

Qeyd edək ki, Çin Ticarət Nazirliyi ötən həftə bəyan edib ki, 8 noyabrdan etibarən orta və ağır nadir torpaq elementləri, litium batareyaları, süni qrafitdən hazırlanan anod materialları, həmçinin nadir torpaq metalları ilə bağlı avadanlıq və xammalın ixracına nəzarət tətbiq ediləcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*