“EAD daily”: Türkiyə və Azərbaycan: Avropaya inteqrasiyadan Böyük Turana doğru – SENSASİON ŞƏRHbackend

“EAD daily”: Türkiyə və Azərbaycan: Avropaya inteqrasiyadan Böyük Turana doğru – SENSASİON ŞƏRH

Birinci yazı

Dağlıq Qarabağdakı son müharibədə Türkiyə-Azərbaycan birliyi Bakının qələbəsini təmin etməklə yanaşı bu iki ölkənin xarici və daxili siyasətində baş verən əsas dəyişiklikləri nümayiş etdirdi.

Qərb və Rusiya mətbuatı son vaxtlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsiyyətinə və Türkiyəni türk dünyasının liderinə çevirmək planlarına çox diqqət yetirir. Ancaq ekspertlər Türkiyənin bu arzusuna çatmağın tək yolunun Azərbaycanla ittifaqdan keçdiyini yazırlar. Bu səbəbdən Qərb və Rusiya media sferası əsasən Türkiyə prezidentinin, Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin və hətta parlament koalisiyasındakı Dövlət Baxçalının Qarabağ probleminin hərbi yolla həll edilməsini sona qədər müdafiə etmələrinə xüsusi diqiqət ayırdılar. Bəzi analitiklər isə Türkiyədə hakimiyyət dəyişikliyi halında Ankara ilə Bakının birliyinin zəifləyəcəyini iddia etdilər. Amma Türk müxalifətinin mövqeyi bu qiymətləndirmələri rədd etdi.

Belə ki, Atatürkçü Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu müharibə dövründə Azərbaycanı dəstəkləməklə yanaşı, Ermənistanı azərbaycanlılara qarşı cinayətlərdə günahlandırdı, Dağlıq Qarabağın qaytarılmasının diplomatik və hərbi metodlarını dəstəklədi. Və hətta Prezident İlham Əliyevə şəxsi məktub da göndərdi. Türkiyənin ən böyük müxalifət partiyasının liderinin Azərbaycan Prezidentinə göndərdiyi məktubda Mustafa Kamal Atatürkün məşhur kəlamından sitat gətirməsi də xüsusi diqqət çəkdi:

“Azərbaycanın dərdi bizim dərdimizdir, sevinci sevincimizdir”.

Kılıçdaroğlu bu mənada Türkiyənin Qarabağ münaqişəsinin həllinə hər hansı bir töhfə verməyə hazır olduğunu bəyan etməklə Atatürkün əmrlərindən kənara çıxmayacaqlarını göstərdi. Digər Partiya lideri Meral Akşener də buna bənzər bir bəyanat vedi. O, eyni zamanda azərbaycanlıları qardaş xalq adlandırdı, Ermənistanı qınadı, İlham Əliyevə dəstək məktubu göndərdi. Hətta Ərdoğan hökumətinin Azərbaycana dair siyasəti ilə tam razı olduğunu bildirdi və Türkiyənin Dağlıq Qarabağ danışıqlarının iştirakçısına çevrilməsini istədi… Ərdoğanın keçmiş müttəfiqi Əhməd Davudoğlu, keçmiş partiya üzvü Əli Babacan və keçmiş prezident Abdulla Gül də oxşar mövqelər sərgilədi. ABŞ-da gizlənən “Türkiyənin bir nömrəli düşməni” Fəthullah Gülən belə  müharibə zamanı azərbaycanlılara mülayim formada dəstək verdi. Bu isə o deməkdir ki, hər hansı bir türk hökuməti Azərbaycanla ittifaqa xüsusi önəm verəcək və onu Dağlıq Qarabağla bağlı məsələdə sonadək müdafiə edəcək.

Son hadisələr göstərdi ki, Türkiyə xarici siyasi maraqları qəti şəkildə müdafiə etməyə hazır olan bir xalqın yaşadığı ölkədir. 2019-cu ildə Qərb mediası Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlunun İstanbul bələdiyyə başqanı seçkilərində qazandığı qələbəyə sevindi. Bu hadisə demokratiyanın, dünyəviliyin bərpası və ABŞ-a, Avropaya inteqrasiya və birləşmə kursuna qayıtma prosesinin başlanğıcı kimi qiymətləndirildi.  Demokratik qaydada seçilmiş İstanbul bələdiyyə başqanı da 27 sentyabr 2020-ci iləTwitterdəki yazısı ilə hər kəsi təəccübləndirdi: “Ermənistanın Dağlıq Qarabağda törətdiyi hücumu qəti şəkildə pisləyir, münaqişədə həyatlarını itirmiş insanlara Allahdan rəhmət diləyirəm. Dost və qardaş Azərbaycana və Azərbaycan türklərinə başsağlığı verir, bölgəyə sülh və əmin-amanlıq arzulayıram”.

Üstəlik, Qərb mediasının türk milli psixologiyanı nəzərə almadan qərar verdikləri ortaya çıxdı. Belə ki, Qarabağ müharibəsində ermənilərə qarşı bəslədikləri nifrət müqabilində Türkiyədə və başqa ölkələrdə yaşayan ermənilərə qarşı hər hansı bir təxribat törədilmədi. Əksinə, Türkiyədə yaşayan bütün xalqlar Dövlətlə həmrəy olduqlarını və Azərbaycanın yanında durduqlarını nümayiş etdirdilər. Bununla da türk xalqı keçmiş Azərbaycan Prezidenti Heydər Əliyevin “Bir millət – iki dövlət” sözlərinin təsadüfən deyilmədiyini təsdiqlədi.

Və ən nəhayət,  bu yaxınlarda türk sülhməramlılarının Azərbaycana göndərilməsi üçün Böyük Millət Məclisinə göndərilən sənəd iqtidarlı-müxalifətli bütün deputatlar tərəfindən yekdilliklə təsdiqləndi.

Burda bir məqama da fikir vermək lazımdır. Azərbaycan tərəfinin geri qaytarılmış ərazilərində ermənilərin bir çox məscidi fermaya çevirdikləri, məhv etdikləri və eyni zamanda rus pravoslav kilsələri ilə barbar davrandıqları faktı ortaya çıxdı.

Əlbəttə ki, biz Azərbaycanla Türkiyənin Qarabağ müharibəsini İslam dünyası ilə Qərbi xristianları, daha da çox, pravoslav sivilizasiyaları ilə qarşıdurma kimi göstərmək istədiklərindən danışmırıq. Buna sadəcə ehtiyac yoxdur. Amma baş verənlər istər-istəməz Qriqorian ermənilərini İslam və Xristianlığın düşməninə çevirir. Bunun  digər  uğurlu cəhəti isə odur ki, bu hadisələr Ankara və Bakının ortodoksal müttəfiqləri – gürcülər və ukraynalılar arasında anlaşılmazlıqların ortadan qalxmasına imkan verir.

Son aylarda baş verən hadisələr və Qarabağ müharibəsi dövründə Rusiyanın müsəlman dairələrinin tamamilə Türkiyə tərəfə meylləndiyini göstərdi (əvvəllər bir çoxu Səudiyyə Ərəbistanını dəstəkləyirdi). Buna Türkiyə Prezidenti Ərdoğanın xarici siyasətindən əlavə digər amillər də təsir etdi.

Birincisi səbəb Fars Körfəzi monarxiyaları da daxil olmaqla bir çox ərəb ölkələri arasında Türkiyənin xarici siyasətinə və ambisiyalarına qarşı bəslədikləri düşmənçilikdir. Yaxın gələcəkdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərdə yaxınlaşma olsa, bu, bütün ərəb ölkələrinin Ankaraya etimad axınına çevrilə bilər.

İkincisi, Rusiya müsəlmanlarının əhəmiyyətli bir hissəsi türk soyuna və Hənəfi məzhəbinə mənsubdur. Bu da onların Ankara ilə mədəni və siyasi yaxınlaşmaları üçün möhkəm zəmin yaradır.

Üçüncüsü, Rusiya müsəlmanlarının nəzərində Türkiyə müstəqil siyasi partiyaları və güclü müxalifəti olan demokratik ölkədir. Çünki ərəb monarxları fəsad və haram bataqlığında boğulur. Qərbə şübhəli tellərlə bağlı olan şeyxlər islam ümmətinə açıq şəkildə xəyanət edirlər.

Dördüncüsü, vaxtilə İsraili tanıyan ilk müsəlman ölkəsi olan Türkiyə, sonradan sünni ölkələr arasında fələstinlilərin əsas müdafiəçisi oldu. Amma Ankara Qüdslə əvvəlki münasibətlərdə olmayacaq. Çünki İsrailin Şərqi Aralıq dənizindəki antitürk koalisiyasını dəstəkləməsi bunu zəruri edir.

Beşincisi, yuxarıda göstərilən amillər, Ərdoğanın Osmanlı İmperiyasını bərpa etmək ambisiyaları ilə birləşərək İslam dünyasındakı aparıcı rolun ərəb olmayan xalqlara: Türklərə, Farslara, Pəncabilərə və başqalarına Türkiyənin verdiyi dəstək də bu qənaətə gəlmək imkanı verir.

Buna onu da əlavə edək ki, Fələstinin HƏMAS hərəkatı Türkiyəni dəstəkləyir. HƏMAS-ın  müttəfiqləri isə Qətər və İrandır.

“EAD daily”, 27 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*