Edama məhkum edilən şəxs belə bir tələb irəli sürübbackend

Edama məhkum edilən şəxs belə bir tələb irəli sürdü 

Hindistanda kütləvi təcavüz və qətlə görə edama mahkum olunan şəxs maraqlı tələb irəli sürüb. O, məhkəməyə müraciət edərək edam cəzasının təxirə salınmasını istəyib.

KONKRET.az xəbər verir ki, məhkum Hindistandakı pis hava şəraitinin onları onsuzda öldürəcəyini, ölkədəki həyatın çox qısa olduğunu və hazırda ölmələrinə lüzum görmədiyini bəyan edib.

O, deyib ki, ölkəsində ömür getdikcə qısalır. “Hazırda Dehlidə hava və su ilə bağlı nələrin yaşandığı göz qabağındadır. Edam cəzası nəyə lazım? Qoy məni çirkli hava öldürsün”.

İngilis dilində yazılan məzəli müraciət formasını məhkum vəkili vasitəsilə məhkəməyə təqdim edib.

Müraciətin məhkəmə tərəfindən qəbul olunmayacağı gözlənilir.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*