Əfqanıstanda hərbi helikopter qəzaya uğradıbackend

Əfqanıstanda hərbi helikopter qəzaya uğradı

Əfqanıstanın Samanqan əyalətində “Taliban”a məxsus hərbi helikopter qəzaya uğrayıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

Bildirilib ki, insident əyalətin şimal ərazisində baş verib. Helikopterin qəzaya uğramasına səbəb onun elektrik dirəyinə dəyməsi olub.

Qeyd edək ki, “Taliban”ın Samanqandakı nümayəndəsi insident zamanı həlak olanlar barədə məlumat verməyib. Bununla belə, əyalətin güc strukturlarındakı mənbələr telekanala göyərtədəki hər iki pilotun öldüyünü bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*