Əfsanəvi boksçu prezidentliyə namizəd oldubackend

Əfsanəvi boksçu prezidentliyə namizəd oldu

42 yaşındakı Menni Pakyao – tarixdə səkkiz çəki dərəcəsində dünya çempionu olan yeganə boksçu – rəsmi olaraq Filippin prezidentliyinə namizəd olub.

KONKRET.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Pakyao ötən ilin noyabr ayında hakim Filippin demokratik partiyası – Xalqın gücünün rəhbəri seçilib, indi isə dövlət başçısı postuna namizədliyi irəli sürülüb.

Filippində prezident seçkiləri 2022-ci il mayın 9-da keçiriləcək.

Ölkə konstitusiyasına görə, 76 yaşlı Rodriqo Duterte artıq prezidentliyə namizədliyini irəli sürə bilməyəcək. Avqust ayında Filippinin vitse-prezidentliyinə namizəd olmaq istədiyini bildirib.

Duterte dövlət başçısı vəzifəsinə isə hazırda Davao şəhərinin meri olan qızı Saranın namizədliyini təklif edib.

Xatırladaq ki, Pakyao avqustun 22-də Las-Veqasda hakimlərin yekdil qərarı ilə WBA-nın orta çəki dərəcəsində kubalı Yordenis Uqasa uduzub və bundan sonra boksdan imtina etmək qərarına gəlib.

Bu məğlubiyyətdən sonra Pakyao özü belə yeyə bilmirdi – həyat yoldaşı Cinka tərəfindən qaşıqla yedizdirilib. /Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*