Əhalinin NƏZƏRİNƏ: Gələn ildən suyun qiyməti artacaq…backend

Əhalinin NƏZƏRİNƏ: Gələn ildən suyun qiyməti artacaq...

Gələn ildən kommunal xidmətlərin – qaz, işıq və suyun qiymətlərində artım olub-olmayacağı ictimaiyyətdə geniş müzakirə olunur.

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu məsələlər qanunla deyil, birbaşa dövlətin siyasi qərarı ilə tənzimlənir.

Xəbərlər: #iqtisadçı-ekspert Xalid Kərimli

Ekspertin sözlərinə görə, tariflərin dəyişdirilməsi müəyyən hadisələrlə bağlı olmur və istənilən vaxt qiymət artımı mümkündür:

“Qaldıra bilərlərmi? Əlbəttə, mümkündür. Yaxud, 3–5 ildən sonra da qaldırmaya bilərlər. Bu, tamamilə siyasi qərardır”.

Xalid Kərimli xüsusilə suyun qiymətində artım ehtimalının daha yüksək olduğunu vurğulayıb. Onun fikrincə, işıq və qaz tariflərinin 2025-ci ilin yanvarında artırıldığını nəzərə alsaq, növbəti il bu sahələrdə yenidən artımın olacağı real görünmür:

“Mən düşünmürəm ki, dövlət yaxın zamanda işıq və qazın qiymətini yenidən qaldırsın. Lakin suyun qiyməti arta bilər. Bu, sadəcə bir fərziyyədir.

Beləliklə, iqtisadçının açıqlamasına əsasən, 2026-ci ildə ən çox ehtimal olunan tarif dəyişikliyi suyun qiymətində ola bilər, digər kommunal xidmətlər üzrə isə artım gözlənilmir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*