Hökumət xalqa inanmadığı təqdirdə xalqdan özünə qarşı inam gözləməməlidir.
KONKRET.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian hökumətin internetə tətbiq etdiyi məhdudiyyətlərlə bağlı X səhifəsində yazıb.
“Filtrləmə hökumətin xalqa qarşı etimadsızlığının əlamətidir”, – prezidentin oğlu bildirib.
