Sərfinaz Əliyeva vəfat etdi – FOTObackend

Sərfinaz Əliyeva vəfat etdi - FOTO

Bərdə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Samux kənd həkim məntəqəsinin müdiri, uzun illər bölgənin səhiyyə sistemində çalışmış Əliyeva Sərfinaz Alı qızı vəfat edib.

KONKRET.az ajans.az-a istinadən xəbər verir ki, Sərfinaz Əliyeva 1957-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub.

O, 1974-1981-ci illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb, daha sonra Mingəçevir Birləşmiş Uşaq Xəstəxanasında internatura keçib.

1982-1990-cı illərdə Samux kənd xəstəxanasında həkim-pediatr, 1990-2010-cu illərdə isə həmin xəstəxananın baş həkimi vəzifəsində çalışıb. 2010-cu ildən Samux kənd tibb məntəqəsinin müdiri kimi fəaliyyət göstərirdi.

Sərfinaz Əliyeva Azərbaycan səhiyyəsinə göstərdiyi xidmətlərə görə dəfələrlə təltif olunmuşdu. Allah rəhmət eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*