Əhaliyə bu tarixlərlə bağlı xəbərdarlıq edildi – 3 gün davam edəcəkbackend

Əhaliyə bu tarixlərlə bağlı xəbərdarlıq edildi - 3 gün davam edəcək

Genişmiqyaslı koronal dəlik səbəbindən Günəşdə formalaşan maqnit qasırğaları Yeri təsir altına alacaq.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

20 aprel tarixində geomaqnit şərait sakit qalacaq, lakin artıq 21 aprel axşamından etibarən aktivliyin kəskin şəkildə artacağı və güclü maqnit qasırğası ehtimalının 80%-ə çatacağı gözlənilir.

22 aprel tarixində geomaqnit pozuntularının riski 85%-ə yüksələcək. 23-24 aprel tarixlərində isə G2 sinifinə aid olan güclü maqnit qasırğalarının pik səviyyəsi baş verəcək. Maqnit fonunun sabitləşməsi isə 25-29 aprel tarixləri arasında gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*