Əhməd Hacıyevin saxlanılması ilə bağlı MÜƏMMA: “Bizim belə işçimiz yoxdur”backend

Əhməd Hacıyevin saxlanılması ilə bağlı MÜƏMMA: "Bizim belə işçimiz yoxdur"

Rusiyanın “Lukoyl” neft şirkəti Əhməd Hacıyevin saxlanılması ilə bağlı məlumatı təkzib edib.

KONKRET.az xəbər verir ki, açıqlamada deyilir:

“Bu, mütləq saxtakarlıqdır. “Lukoyl”un nə belə bir təşkilatı, nə də işçisi var. Şirkətin əməkdaşları arasında həbs edilən olmayıb”, – “Lukoyl”un mətbuat xidmətindən RBC-yə bildiriblər.

Dünən Rusiya mətbuatı “Lukoyl” şirkətlər qrupunun “Ural” İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyevin saxlanılaraq məhkəməyə verilməsi barədə məlumat yayıb.

Məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da təkzib edib: “Mən bildiyim qədər “Lukoyl”un belə bir filialı yoxdur. Bu da klassik saxtakarlıqdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*