Eldar Sultanov işdən çıxarıldıbackend

Eldar Sultanov işdən çıxarıldı

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Baş prokuror Kamran Əliyev tərəfindən ona “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*