Elektrik və yanacaq 41 faiz BAHALAŞDIbackend

Elektrik və yanacaq 41 faiz BAHALAŞDI

Almaniya vətəndaşları 2024-cü ildə 2021-ci illə müqayisədə elektrik enerjisi, istilik və yanacağa 41 faizə qədər daha çox pul ödəyirlər.

KONKRET.az xəbər verir ki, bu barədə “Funke” qəzeti “Verivox” istehlak araşdırma portalının tədqiqatına istinadən məlumat yayıb.

Tədqiqat zamanı şərti olaraq 3 nəfərlik ailə əsas götürülüb. Beləliklə, 3 il əvvəl bir ailənin elektrik, istilik və yanacaq xərcləri 3,7 min avro təşkil edibsə, hazırda bu göstərici 1,5 min avro daha çoxdur.

Qeyd edilib ki, 2021-ci ildə COVİD-19-la qlobal enerji böhranı başlayıb, neft, qaz və elektrik enerjisinin çatışmazlığı və qiymət artımı müşayiət olunub, 2022-ci ildə Ukrayna böhranının başlanması ilə bu tendensiya güclənib.

  • Mən
    Fevral 26, 2024 - 09:08

    Allahınızdandı bizdə də bahalaşsın,canı dildən fəaliyyətdəsiz

  • Optimus prime
    Fevral 26, 2024 - 15:36

    Bu illik göstəricidir hər halda.1 ayda bu qədər satış ola bilməz.buna əlavədə.Almaniya 41% qiyməti artırıbsa 60%-də əmək haqqını artırıb.yəni xalqdan əksilən bir şey yoxdu.

  • Zəfər.
    Fevral 27, 2024 - 21:45

    Boş söhbətlərdir. Hamısı reytinq qaldırmaq üçündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*