Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandıbackend

Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı

Cari ilin ötən dövründə 2 000-dək şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib ki, 80 faizə yaxını karantin rejimi dövrünə təsadüf edir.

KONKRET.az xəbər verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri Elena Aymone Sessera və yeni rəhbəri Arian Bauer ilə görüşdə məlumat verilib.

Nazir bildirib ki, pandemiya dövründə həmçinin, 460 nəfər ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər:

“Eyni zamanda son üç il ərzində cinayət qanunvericiliyinə iki dəfə mühüm dəyişikliklər edilərək cəza siyasəti humanistləşdirilib, bəzi əməllər dekriminallaşdırılıb, cəza müddətləri yüngülləşdirilib, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilib.

Ötən dövrdə yeni qanunların təsiri altına düşən penitensiar və probasiya xidmətləri üzrə məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq 2 000-ə yaxın məhkum cəzadan tamamilə azad edilib, 3 000-dən çox məhkumun isə cəza müddəti azaldılıb. Həmçinin humanistləşdirmə tədbirləri çərçivəsində probasiya xidməti yaradılaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron qolbaqlar tətbiq olunur. Hazırda 3 000-ə yaxın məhkumun elektron qolbaq daşıyır və onlara səmərəli probasiya nəzarəti həyata keçirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*