Elektroşoka verilən uşaqlar və xüsusi məhlulların içərisində kəsilmiş başlar – ŞOK TƏCRÜBƏLƏRbackend

Elektroşoka verilən uşaqlar və xüsusi məhlulların içərisində kəsilmiş başlar - ŞOK TƏCRÜBƏLƏR

Tarix şərəfli qələbələr və unudulmaz uğurlarla doludur. Lakin bu, tarixin yalnız məlum və görkəmli simasıdır. Keçmişdə bəşəriyyət üçün dəhşətli və utandırıcı şeylər də edilib. Bu utancverici hadisələrin ən böyük nümunəsi tarix boyu edilən dəhşətli təcrübələrdir. Bu səbəbdən tarixin və elmin məktəblərdə izah olunmayan qaranlıq tərəfini göstərmək istədik.

KONKRET.az Musavat.com-a istinadla tarixdəki dəhşətli təcrübələr haqqında faktları təqdim edir.

1. Ölümcül və dəhşətli təcrübələr həyata keçirən həkim Josef Mengele

Bəlkə də bütün zamanların ən qorxunc təcrübələri alman ordusunun həkimi Josef Mengele tərəfindən aparılıb.

Josef kiminin işgəncə otaqlarına, kiminin qapalı otaqlara, kiminin isə təcrübə üçün masalara uzandırılmasına qərar verirdi. Əkizlərə olan marağına görə isə onlara yaxşı davranırdı. Bir çox günahsız insanın üzərində qorxunc əməliyyatlar aparan Josef Menqele əsirlərə cəhənnəm əzabı yaşadırdı. Narkozsuz əməliyyatlar, buzlu soyuq otaqlara qoyulan və gözlərinə mürəkkəb tökülən əsirlər… Bunların hamısı Josefin bir iş təcrübəsi idi və insanların da bir çoxu bu proses əsnasında ölürdü. Josef bitişik əkizləri ayırma və ya ayrı əkizləri birləşdirmə kimi qorxunc əməliyyatlar edirdi.

Canavar Çalışması

“Canavar Tədqiqatı”

1939-cu ildə, Ayova Universitetinin defektoloqları kəkələmə üzərində dəhşətli təcrübələr aparıblar. Təəssüf ki, bu təcrübə üçün atası və anası olmayan yetim uşaqlar qurban edilirdi.

Tədqiqatçılar bu uşaqlarla görüşərək, kəkələmə əlamətləri göstərdiklərini və düzgün danışacaqlarından əmin olana qədər danışmamaları lazım olduğunu söyləyirdilər. Təcrübənin sonunda əvvəllər normal olan uşaqlar özünə qapandı və danışma qabiliyyətlərini itirdilər.

Bu tədqiqat tarixdə “Canavar Tədqiqatı” adı ilə də bilinir. Təcrübədən zərər görən və sağ qalan üç uşaq sonradan universiteti məhkəməyə veriblər.

Burke ve Hale

Hare və Burke cinayətləri

1830-cu illərə qədər cənazə üzərində qanuni şəkildə diseksiya aparmağın yeganə yolu edam edilmiş qatillərdən istifadə etmək idi. O dövrdə edam edilən qatillər çox olmadığından, bir çox anatomist məzar soyğunçularından cəsəd almağa və ya soyğunu özləri etməyə başladılar.

Uilyam Hare və dostu Uilyam Burke bu durumu qiymətləndirdilər. Bu iki nəfər 1828-ci ildə 10 ayda 16 nəfəri öldürdü. Daha sonra cəsədləri təcrübələri həyata keçirən həkim Robert Knoksa təxminən 10 funt sterlinqə satdılar.

Sonradan Hare və Burke cinayətlərinə görə tutulub, edam edildilər.

Korkunç deneyler

Bioloji sınaqlar – 731 saylı xüsusi dəstə

1930-1940-cı illərdə Yaponiya İmperator Ordusu əsasən Çində mülki şəxslər üzərində bioloji müharibə və tibbi testlər apardı. Belə ki, 1932-ci ildə Çinin işğal edilmiş Pinfan qəsəbəsində Yaponiya ordusunun 731 saylı xüsusi dəstəsi yaradılıb. Dəstənin əsas məqsədi kütləvi qırğın silahları yaratmaq olub. Xüsusi dəstəyə birbaşa general rütbəsi alan Siro İsii başçılıq edib. 731 saylı xüsusi dəstədə 3600 nəfər xidmət edib. Onlardan 52 nəfəri cərrah, 49-u mühəndis, 38-i tibb bacısı, 1117-i hərbi həkim, digərləri isə xidməti personalın üzvləri olub. Bu dəstədə xidmət etmək prestijli iş sayılıb, Yaponiyanın tanınmış həkimləri və bioloqları bu qurumda çalışmağa can atıblar. Dəstədə insan ölümünə səbəb ola biləcək bütün zəhərli maddələr sınaqdan keçirilib, onların qida, su və hava yolu ilə insana təsiri öyrənilib. Bu məqsədlə Sironun komandası 10 min nəfərdən artıq insanı ən ağır işgəncələrlə təcrübə qurbanına çeviriblər.

731 saylı xüsusi dəstədə muzey də fəaliyyət göstərib. Bu muzeydə xüsusi məhlulların içərisində kəsilmiş başlar və insan orqanları saxlanılıb.

Bu amansız sınaqlarda neçə nəfərin öldüyü məlum deyil. Lakin 1995-ci ildə “New York Times” qəzetinin hesabatında 200.000 insanın öldüyü qeyd olunur.

Korkunç deneyler

Siflis təcrübəsi

1932-ci ildə, Xəstəliklərə nəzarət və qarşısını alma mərkəzlərinə görə, ABŞ Xalq Sağlamlığı Xidməti, müalicə olunmayan sifilis xəstəliyinin sağlamlığa təsiri ilə bağlı bir işə başlayıb. Təəssüf ki, durumdan xəbərsiz olan iştirakçılara sifilis müalicəsi tətbiq edilməyib. Lakin iştirakçılar buradakı müalicə ilə sağalacaqlarına inanırdılar. Bu təcrübələr insanların ölümü ilə nəticələndi. Tədqiqata qatılan 400 xəstə öldü. Sözügedən mərkəzin isə hansı tədqiqatı aparması isə heç kimə məlum olmadı.

Korkunç deneyler

Uşaqlar üçün elektroşok müalicəsi

1960-cı illərdə Doktor Lauretta Bender, sosial problemləri olan uşaqlar üçün inqilabi bir müalicə olduğunu düşündüyü elektroşok terapiyasına başlayıb. Bender ən kiçiyi üç yaşında olan 100-dən çox uşağa elektroşok terapiyası tətbiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*