Əli Əsədov Türkiyənin Vitse-prezidentinə məktub yazdıbackend

Əli Əsədov Türkiyənin Vitse-prezidentinə məktub yazdı

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Anım Günü münasibətilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.

KONKRET.az xəbər verir ki, məktubda sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd edildiyi bildirilərək bir il bundan əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimizin olduğu vurğulanıb.

Bu namərd təxribata cavab olaraq təcavüzə birdəfəlik son qoymaq məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Qəhrəman Azərbaycan Ordusunun tarixi Zəfər yürüşünə başladığı, 44 gün ərzində düşmən ordusunu məhv edərək əzəli torpaqlarımızı işğaldan azad etdiyi qeyd olunub.

Vətən Müharibəsində Azərbaycana verilən böyük dəstəyə görə qardaş Türkiyəyə dərin təşəkkür ifadə edilib.

Müharibənin ilk saatlarından Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, Vitse-prezident Fuat Oktay da daxil olmaqla Türkiyə rəhbərliyinin və bütün qardaş türk xalqının Azərbaycanla həmrəy olmasının ölkəmizin öz haqq işində yalnız olmadığını dünyaya göstərdiyi bildirilib.

Fuat Oktayın çoxsaylı açıq və sərt bəyanatlarının, məsələyə qəti və birmənalı münasibətinin Azərbaycanda böyük minnətdarlıq və iftixar hissi ilə qarşılandığı, əsl qardaşlıq nümunəsi kimi dəyərləndirildiyi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*