AXCP sədri Əli Kərimli yenə qapı-qapı düşüb, səfirlikləri bir-bir gəzir. Bu dəfə şikayəti onun məhkəməyə verilməsidir. Burada məsələ Əli Kərimlinin iddia etdiyi kimi “siyasi” yox, sırf partiya daxili qarşıdurmadan ibarətdir. Belə ki, AXCP-nin keçmiş üzvü Aydın Əliyev Əli Kərimlinin onu təhqir etdiyini, böhtan atdığını deyir və bununla bağlı məhkəməyə müraciət edib. Məhkəmə məsələni icraata götürməyib. AXCP sədri isə partiyası ilə bağlı məsələni siyasiləşdirərək, onu “həbs etmək” istədiklərini iddia edir, səfirliklərin qapılarında yatır.
KONKRET.az xəbər verir ki,Əli Kərimlinin bu hay-küyü uşaq təfəkkürünə sahib olduğunu təsdiq edir. O, cığal uşaqlar kimi səs-küy salaraq, bu dəfə ABŞ səfirinin qucağına sığınıb. “Ay qoymayın, məni həbs edirlər”, “ay qoymayın, mənə təzyiq etdilər” deyə hay-həşir salıb. Əslində Əli Kərimlinin bu uşaq cığallığında həm də hərislik var və AXCP sədrinin niyyəti aydın görünür.
Birincisi, ABŞ da daxil olmaqla Qərb ölkələrinin səfirliklərindən dəstək əldə etməkdir.
İkincisi, özünü “müxalifətin əsas fiquru” kimi göstərərək, pul almaq istəyir.
Üçüncüsü, özünü “vacib şəxs” kimi təqdim etməyə çalışır, guya onun nüfuzu o qədərdir ki, hökumət ona maneələr yaradır.
Başdan-ayağa şoudur və Əli Kərimlinin ən yaxşı bacardığı da məhz budur. AXCP sədri həmişə siyasi janqlyorluqla məşğul olub və heç vaxt liderlik keyfiyyətinə malik olmayıb. İşi-gücü yalnız az sayda gəncləri irəli verərək, özü gizlənmək olub. Əsas fəaliyyəti də yalnız şikayət etmək, sadə dillə desək, “ağlamaq” olub.
Onun “mənə pasport vermirlər”, “internetimi kəsiblər” kimi şikayətləri də məşhurdur. Liderlik iddiasında olan adamın şikayətlərinə baxanda, onun gerçək mahiyyətinin nə qədər cılız olduğu bir daha üzə çıxır.(demokrataz)
Bir soz var…”ya dogru danis, ya da sus”…elini vicdanina qoy dusun, sen nece insansan?!…