Əli Şadmaninin həlak olduğu təsdiqləndibackend

Əli Şadmaninin həlak olduğu təsdiqləndi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmi bəyanatla çıxış edərək, Silahlı Qüvvələrin “Xatəm əl-Ənbiya” Mərkəzi Komandanlığının rəhbəri, general Əli Şadmaninin İsrailin endirdiyi zərbələr nəticəsində aldığı ağır yaralardan sonra həlak olduğunu təsdiqləyib.

KONKRET.az xəbər verir ki, “Xatəm əl-Ənbiya” komandanlığı, İranın hava hücumundan müdafiə və müharibə planlaşdırılması sahəsində əsas strukturudur və birbaşa ölkənin strateji hərbi komandanlığına tabedir. General Şadmaninin bu vəzifədəki rolu təkcə operativ koordinasiya ilə məhdudlaşmır, o, həmçinin İranın regional hərbi strategiyasının formalaşmasında mühüm fiqur idi.

Bu hadisə, İsrailin regiondakı İran təsirinə qarşı həyata keçirdiyi hədəfli və yüksək dəqiqlikli zərbələrin intensivləşdiyini göstərir. Xüsusilə, İsrailin son aylar ərzində Suriyada və İraqın bəzi ərazilərində SEPAH-ın yüksək rütbəli komandirlərini hədəfə alması, bölgədəki təhlükəsizlik arxitekturasında ciddi dəyişikliklərə səbəb olur.

Eyni zamanda bu insident, Tehran-Təl-Əviv xəttində asimmetrik münaqişənin daha da dərinləşdiyinin göstəricisidir və İran daxilində hərbi rəhbərliyin strateji zəifliklərkəşfiyyat boşluqları ilə üz-üzə qaldığını gündəmə gətirir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*