Əliyev bizi asılılıqdan qurtardı – Qalçyanbackend

Əliyev bizi asılılıqdan qurtardı - Qalçyan

Azərbaycanın bu addımı təqdirəlayiqdir, bu, alternativə malik olacağımız deməkdir.

KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bunu erməni kartoqraf Ruben Qalçyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Kartoqraf Azərbaycanın məhdudiyyətlərinin qalxmasından sonra Ermənistanın yalnız Gürcüstan üzərindən keçən yoldan asılı olmayacağını vurğulayıb.

“Əlbəttə, bu, təqdirəlayiq və mühüm addımdır. İndi Azərbaycan Ermənistan üçün alternativdir. Çünki Ermənistan bir yoldan – Larsdan (Gürcüstandan Rusiyaya gedən xətdən) asılı idi”, – o qeyd edib.

Qalçyan TRIPP və ya Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunub:

“TRIPP həyata keçərsə, Ermənistan dünyaya açılacaq, Rusiya isə Ermənistandan keçən mühüm yola nəzarəti itirəcəyi üçün belə demək mümkünsə, pərişandır. Bizim müxalifət də Rusiyanın maraqları kontekstində çıxış edir, ona görə də TRIPP-dən şikayətlənir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*