İlkin Süleymanovun vəkili saxlanıldıbackend

İlkin Süleymanovun vəkili saxlanıldı

Gəncə şəhərində tanınmış vəkil Zabil Qəhrəmanov saxlanılıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, vəkil Zabil Qəhrəmanovun ötən gün Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Hazırda Z.Qəhrəmanovun hansı səbəbdən saxlanıldığı barədə məlumat yoxdur.

Qeyd edək ki, bu hadisədən bir müddət əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən verilmiş qərarla Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti 6 ay müddətinə dayandırılmışdı.

***

Vəkil Zabil Qəhrəmanov xuliqanlıqda ittiham olunur.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, onun avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.

Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*