Əliyev və Putin qapalı görüşdə nəyə razılaşıb? – İrəvanda təşvişbackend

Əliyev və Putin qapalı görüşdə nəyə razılaşıb? – İrəvanda təşviş

Rusiya Prezidenti Vladimir Putinin Bakıya ikigünlük səfəri Ermənistanda əsas müzakirə mövzularından biridir. Ermənistan mediası və siyasi ekspert cameəsi Bakıda Əliyevlə Putinin bağlı qapılar arxasında nələr müzakirə etdiyini, nələrin razılaşdırıldığını araşdırmağa çalışır.

KONKRET.az xəbər verir ki,erməni ekspertlərin əksəriyyəti Əliyevlə Putinin Zəngəzur dəhlizi layihəsini yenidən aktuallaşdırdığını, Naxçıvana gedən yolun 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun açılması məsələsində ortaq mövqe sərgilədiyini hesab edirlər.

İrəvanda Amerika Universitetinin müəllimi, politoloq Narek Sukiasyan iddia edir ki, Bakıda Əliyevlə Putin Zəngəzur məsələsini aktuallaşdırmaqla bağlı razılığa gəlib. O, bütün bunların bağlı qapılar arxasında olduğunu iddia edir.

Hərçənd, erməni ekspertin iddialarının daha çox diqqət çəkmək, özünü “ağıllı” göstərmək məqsədi daşıdığı aydın görünür. Çünki Zəngəzur dəhlizi layihəsi rəsmi Bakının gündəliyindən çıxarılmayıb və daim aktualdır. Rusiya da bu dəhlizin işində iştirak etmək üçün layihənin 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun açılmasını istəyir. Bu baxımdan, Bakıda Əliyevlə Putinin Zəngəzur dəhlizini müzakirə etməsi təəccüblü deyil, əksinə gözlənilən idi.

N.Sukiasyan isə iddia edir ki, sülh sazişinin aktuallaşdığı dövrdə Zəngəzur dəhlizi müəyyən qədər arxa plana keçsə də, hazırda yenidən aktuallaşır.

“Bu, təkcə Azərbaycan üçün yox, Rusiya üçün də strateji əhəmiyyət daşıyır. Moskva nəyin bahasına olursa olsun, Mehridən keçən, Zəngəzur dəhlizi adlandırdıqları yolun açılmasını və bura nəzarət etmək istəyir. Bu, Rusiyanın bölgədə zəifləyən təsirini yeniləmək vasitələrindən biridir”, – o deyib.

Erməni ekspertin fikrincə, bu prosesdə Azərbaycanın strategiyası Ermənistanı üstələyir: “Bakı bütün oyunçuları bu layihə ətrafına cəmləyir, öz maraqlarını bütün tərəflərin maraqları ilə uzlaşdırır. Ermənistan isə heç nə edə bilmir”.

Asif Nərimanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*