“Əlləriniz qana bulaşıb” – Rusiyada televiziya yayımı şəbəkəsi sındırıldı və BU FOTOLAR YAYILDIbackend

"Əlləriniz qana bulaşıb" - Rusiyada televiziya yayımı şəbəkəsi sındırıldıBU FOTOLAR YAYILDI

Rusiya Federasiyasında televiziya yayımı şəbəkəsi sındırılıb və müharibəni xatırladan mesaj yayılıb.

KONKRET.az xəbər verir ki, Rusiyada mayın 9-da naməlum şəxslər telekanalların yayım şəbəkəsinə müdaxilə edib. Ruslar televiziya proqramının cədvəli əvəzinə rus ordusunun Ukraynaya qarşı müharibə apardığını və minlərlə insanı öldürdüyünü xatırladan mesaj görürlər.

Bu barədə Rusiyanın Readovka saytı yazıb.

İşğalçı ölkənin müxtəlif rayonlarından olan sakinlər 9 May üçün bayram proqramı əvəzinə bu mətnli mesaj gördüklərindən şikayətlənirlər: “Minlərlə ukraynalının və onların öldürülən yüzlərlə uşağının qanı sizin əlinizdədir. Televiziya və hakimiyyət yalan deyir. Müharibəyə yox!”

Ruslar bu şəkli müxtəlif provayderlərdə və televiziya xidmətlərində izləyirlər. Ekran görüntüləri internetdə yayılıb.

ложный
ложный
ложный
Неизвестные сломали российскую сеть телевещания / фото t.me/ostorozhno_novosti

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*