Elmar Məmmədyarov: “Danışıqlar əbədi davam edə bilməz”backend

Elmar Məmmədyarov: “Danışıqlar əbədi davam edə bilməz”

“Birlik məkanında həll olunmamış münaqişələr regional sabitliyə ciddi təhlükə yaradır”.

KONKRET.AZ xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Aşqabadda MDB Xarici İşlər Nazirləri Şurasının dar tərkibli iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişənin ən qısa zamanda siyasi həllinin tərəfdarıdır: “Eyni zamanda, danışıqlar əbədi davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizlənmə nəticəsində yaranmış vəziyyəti davam etdirməyə və saxlamağa xidmət etməməlidir”.

O qeyd edib ki, beynəlxalq münaqişələr, etnik təmizləmə və suveren ərazilərin işğalı, beynəlxalq sülh və təhlükəsizliyə, habelə Birliyin bütün ölkələrinin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaradan terrorizm də daxil olmaqla, trans-sərhəd təhdidlərin səviyyəsini artıran əsas amillərdən biridir: “Buna görə, həll olunmamış münaqişələrin nizamlanması məsələsi diqqət və bütün ölkələrin səylərinin birləşdirilməsini tələb edir. Bir təşkilat olaraq MDB-nin topladığı müsbət təcrübə, ümumiyyətlə, ortaq məkanımızın problemlərinin həlli üçün faydalı ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*