Əməkdar artist “Od püskürdü” – Nə qədər ki, “adamyeyən”lər var, kino düzəlməyəcək”backend

Əməkdar artist "Od püskürdü" - Nə qədər ki, "adamyeyən"lər var, kino düzəlməyəcək"

Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsi müzakirə olunarkən məlum olub ki, gələn il film sektoruna büdcədən vəsait ayrılmayacaq.

Bunun səbəbi kimi Kino Agentliyinə ötən il ayrılmış 8,5 milyon manatın tam xərclənməməsi, 5 milyon manat qalığın növbəti il üçün istifadəsinin planlaşdırılması göstərilib. Maraqlıdır, dövlətin kinoya vəsait ayırmaması Azərbaycan mədəniyyətinə hansı uzunmüddətli təsirləri göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən kinoşünas Aygün Aslanlı bildirib ki, bu qərar Azərbaycan mədəniyyəti üçün uzunmüddətli mənfi təsirlər yarada bilər:

Aygün Aslanlı, “Yoxsa”

“Nəzərə alaq ki, müstəqil kinonun yolları hərtərəfli bağlanır, Kino haqqında qanuna edilən dəyişikliklərlə vergilər artırılır, rejissorların işi xeyli çətinləşir. Kinomatoqrafiya tamamilə dövlətin ümidinə qalır. Kino çəkilməyəcək, deməli, film yoxdur. Ümumiyyətlə, Azərbaycan kinosunun əsas problemi sistemsizlikdir”.

Əməkdar artist Mehriban Xanlarova isə ölkə kinosunun acınacaqlı vəziyyətini emosional şəkildə ifadə edib:

Nazirliyi təhqir edən aktyora susdunuz” Pravda.az

“Nə qədər ki, “adamyeyənlər” var, kino düzəlməyəcək. 1985-ci ildən kinodayam, bu sahə ilə tanınmışam. Amma bu gün kinostudiyanın həyətinə girəndə elə bilirsən qəbiristanlığa düşmüsən. Buz kimi soyuq, qaranlıq… Vaxtilə gur-gur yanan, canla oynayan studiya indi ölüb. Kinostudiya ölüb!”

Sənətçinin sözlərinə görə, kinostudiyanın dirçəlməsi üçün ora vicdanlı, ədalətli, sənəti və sənətkarı anlayan insanlar gətirilməlidir:

“O qədər aktyorlarımız var ki, işsiz-gücsüz qalıblar, bir çörəyə möhtacdırlar. Kinoya sahib çıxılmasa, bu sahə tamam itib gedəcək”.

Beləliklə, dövlətin gələn il kino sektoruna vəsait ayırmaması, müstəqil kinonun qarşısındakı maneələrlə birgə, Azərbaycan kinematoqrafiyasının gələcəyinə ciddi təhdid kimi dəyərləndirilir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*