Əməkdar artist sürücülük hüququndan məhrum edilir? – AÇIQLAMAbackend

Əməkdar artist sürücülük hüququndan məhrum edilir? - AÇIQLAMA

Əməkdar artist Qoçaq Əskərov barəsində inzibati iş başlanıb.

KONKRET.az xəbər verir ki, xanəndə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir.

Bu maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.

529.3-cü maddədə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.

İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Nəriman Mehdiyev iş üzrə hakim təyin edilib.

Qoçaq Əskərov Qaynarinfo-ya cəriməsinin olduğunu təsdiqləyib. “Bəli, cəriməm olub, lakin ödəmişəm. Hazırda sərbəst şəkildə avtomobilimi idarə edirəm”, deyə xanəndə əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*