Mədəniyyət yazarı, kino araşdırmaçı Vasif Ayan bu gün vəfat edən Əməkdart artist Vahid Əliyev barədə diqqətçəkən paylaşım edib.
KONKRET.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında yazıb.
Vasif Ayan mərhum aktyorla görüş planladığını qeyd edib.
“Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının istedadlı aktoru, dostumuz Vahid Əliyevi ziyarət etməyə gəlmişdik. Qapıdan içəri keçəndə Vahid müəllim keçindi. Mən belə hadisə görməmişdim. İlk dəfə belə bir halla rastlaşıram. Bizi gözləyirdi… təəssüf ki, gecikdik…”

