“Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb”backend

"Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb"

“Müəllimlərin işə qəbulu (MİQ)  müsabiqəsində hər il mənasız və əsası olmayan müəyyən dəyişikliklər edilir. Amma bu il edilmiş dəyişikliyin birbaşa Emin Əmrullayevin cəmiyyətdə süni narazılıq yaratmaq kimi fəaliyyətində xüsusi bir irəliləyiş etdiyi il oldu”.

KONKRET.az xəbər verir ki, bu fikirləri redaktor.az-a təhsil eksperti Elşən Qafarov müəllimlərin işə qəbulu imtahanlarından sonra səsləndirilən narazılıqlardan danışarkən bildirdi.

“Hələ aprel-may aylarından bütün regional təhsil idarələri məktəblərdə olan bütün vakansiyaları Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə təqdim ediblər. İyun ayında bu vakansiyalar bir də dəqiqləşdirilib. Son anda müəllimlərin işə qəbulu müsabiqəsi imtahan bitdikdən sonra müəllimlərin nəticələrin yüksək olduğunu görən Emin Əmrullayev çox absurd bir tapşırıq verib ki, bütün vakansiyalar çıxarılsın”.

Onun sözlərinə görə, regional təhsil idarələrinə tapşırıq verilib:

“Çətinlik olanda siz boynunuza götürün ki, biz vakansiyaaları verməmişik. Halbuki, təkrar edirəm, aprel-may aylarında vakansiyalar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə təqdim edilib. Elektron qaydada bütün regional təhsil idarələrində, iyun ayında bir də dəqiqləşdirmə aparılıb.  Bilirsiniz, Təhsil İnstitunda direktor Elnur Əliyevdir, Emin Əmrullayevin ən yaxın dostu və iş ortağıdır. Emin Əmrullayevin göstərişi ilə vakansiyalar çıxarılıb. Ölkə üzrə Texnologiyadan elə mənim tanıdığım onlarla məktəbdə vakansiyalar var. Ölkə üzrə cəmi yeddi vakansiya verilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*