İllərdir Yeni il gecəsi səhnəyə çıxmayan müğənni Emrah bu il də ənənəsinə sadiq qalıb.
KONKRET.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu il də Azərbaycandan edilən Yeni il günü restoranlardan birində çıxış etmək təklifini rədd edib.
O, 2020-ci ili Bodrumdakı evində, həyat yoldaşı Sibel Erdoğan və uşaqları ilə birgə keçirməyi planlaşdırıb.