ABŞ maliyyəçisi Ceffri Epşteynin keçmiş dostu və yardımçısı olan Gislayn Maksvel ABŞ Ədliyyə Nazirliyinə verdiyi açıqlamada bildirib ki, Donald Tramp onun yanında heç vaxt qeyri-etik və ya nalayiq hərəkət etməyib.
KONKRET.az xəbər verir ki, hazırda həbsdə olan və barəsində çıxarılmış hökmü apellyasiya qaydasında mübahisələndirən Maksvel, həmçinin gələcəkdə əfv olunmaq üçün rəsmi müraciət etməyi istisna etmir. Bu barədə məlumatı ABC News yayıb.
Qeyd edək ki, Gislayn Maksvel Ceffri Epşteynin azyaşlı qızların cinsi istismarına dair qalmaqallı işi çərçivəsində günahkar bilinmiş və uzunmüddətli həbs cəzası almışdı.
Natiq Səlim,
KONKRET.az