“Ərazi bütövlüyü” nağılı və Suriya: Artıq belə bir ölkə yoxdurbackend

"Ərazi bütövlüyü" nağılı və Suriya: Artıq belə bir ölkə yoxdur

“Xilası mümkün olmayan, yəni parçalanmağa məhkum olan, yəni ərazi-coğrafi və mərkəzi bütövlüyünü itirməyə məhkum olan, Qaf dağının o tərəfində olan Suriya mənzərəsi sizcə necə görünür?”.

KONKRET.az xəbər verir ki, bu sözləri türk yazar Orhan Bursalı öz yazısında vurğulayıb.

O, daha sonra fikilərini belə davam etdirib: “Əsəd hakimiyyətdə olanda da vəziyyət aşağı-yuxarı eyni idi, lakin Dəməşqdə miyolduyan bir pişik var idi, xalqının bütün etibarını itirmiş, ölkəsinə mane olmaqdansa, öz taxtını hər şeydən üstün tutan korrupsioner nifrət doğuran bir idarə üsulu seçmişdi.

Ankaradan “Bölünməsinə imkan verməyəcəyik” sözləri eşidilir, amma Suriya artıq yoxdur. Heç bir gücün bu ölkəni öz bütövlüyündə dirçəltmək imkanı yoxdur. HTŞ 30 və ya 40 sünni fundamentalist qruplardan ibarət strukturdur. Onlar arasında maraqların toqquşmasının necə yaranacağını bilmirik. Dəməşqi ələ keçirməklə ölkəni tutmaq eyni deyil.

Bəli, onların lideri var. O deyir ki, ölkənin parçalandığını bilə-bilə bütün icmaların bir yerdə yaşamasına şərait yaradacaq bir sistem quracaqlar. Onların arasında ikinci dərəcəli rəhbərlərdən bəziləri şəriət ölkəsindən danışırlar.

ABŞ və Türkiyə ÜZ-ÜZƏ

Şimalda ABŞ-ın dəstəyi ilə kürd strukturu var.

Onun yanında Ankaranın strukturlaşdırdığı və vəkil kimi istifadə etdiyi FSA və ya Suriya Milli Ordusu təşkilatı var.

ABŞ-ın dəstəklədiyi PKK-YPG quruluşu Ankaranın və MTN-nin əzəli düşmənidir.

Amerika qəzetlərinin yazdığına görə, döyüş təyyarələrimiz YPG mövqelərini bombalayıb.

Amerikanın xarici işlər nazirinin təcili Ankaraya gəlməsinin səbəbi də budur: Belə görünür ki, iki NATO ölkəsi Suriyada öz müvəkkilləri ilə döyüşür.

Hamı Suriya ərazisinə mümkün qədər nəzarət etmək istəyir. Ankara həm də özünə təhlükə olaraq gördüyü PKK-YPG strukturunu geri çəkmək, sahədəki vəkilliyi ilə Dəməşqə təsir və nəzarətə sahib olmaq istəyir.

Bu baxımdan Ankaradakı görüş önəmlidir.

Amerikalılar öz PKK strukturlarını qorumaq istəyirlərsə, vəziyyət ağırdır.

Belə olan halda, İsrailin zəif məqamda Suriyanı işğal etməyə cəhd etməsi, Kolan təpələrini tamamilə ələ keçirməsi, 400-dən çox hərbi obyekti bombalaması yaramaz dövlətin mövcudluğunu sübut etdi.

Suriyanın hansı qurumundan danışacağıq?

Bugünkü mənzərəyə baxdığımızda inteqrasiyası mümkün olmayan, vətəndaş müharibələrinə açıq Suriya ərazisi var.

Üstəlik, hələlik biz periferiya daxilində və xaricində dövlətlərin mümkün müdaxilələrindən danışmırıq”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*