Ərdoğan: ABŞ Konqresinə onlar hücum etdibackend

Ərdoğan: ABŞ Konqresinə onlar hücum etdi

PKK terror təşkilatı ilə mübarizədə NATO-dakı tərəfdaşlarımızdan lazım olan dəstəyi və həmrəyliyi görmədik.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, keçmişdəki təcrübələr bir terror təşkilatının əli ilə digərini məhv etməyə çalışmağın ağır nəticələrini göstərib:

“ABŞ Konqresinə edilən hücuma başçılıq edənlərin YPG/PYD-nin Suriya qolu ilə əlaqələri ortaya çıxıb. Bu hücumla terrorizmin insanlıqla bərabər, demokratiyanın da düşməni olduğu bir daha sübut edildi. Qlobal sülh və sabitlik üçün çalışan bütün ölkələrin terrorizmlə mübarizədə bir olması, prinsipial hərəkət etməsi böyük əhəmiyyət kəsb edir. Xüsusilə keçən həftə 13 vətəndaşımızın şəhid olduğu xain terror hücumundan sonra bütün müttəfiqlərimizdən açıq mövqe gözləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*