Ərdoğan: “Avropa Birliyi Türkiyənin gündəmində prioritet təşkil edir”backend

Ərdoğan: "Avropa Birliyi Türkiyənin gündəmində prioritet təşkil edir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə videoformatda danışıqlar aparıb.

Bu barədə KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Danışıqların gedişatında Türkiyə və Avropa Birliyi arasında ikitərəfli inkişaf məsələləri, həmçinin regional hadisələr müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan danışıqlar zamanı Avropa Birliyinin Türkiyənin gündəmində prioritet olduğunu söyləyib. O, həmçinin Türkiyənin gələcəyini Avropada gördüyünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*