Ərdoğan: “İstanbulda Ukrayna ilə bağlı planlaşdırılan danışıqlar…”backend

Ərdoğan: “İstanbulda Ukrayna ilə bağlı planlaşdırılan danışıqlar...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarla bağlı nikbin açıqlama verib. O, bu prosesi dəstəkləməyə tam hazır olduqlarını bildirib.

KONKRET.az xəbər verir ki, Türkiyə lideri Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığında deyib.:

“Rusiya ilə Ukraynanın birbaşa danışıqları bərpa etmək istəyi son dərəcə vacibdir. Türkiyə bu prosesin bütün mərhələlərində zəruri dəstəyi göstərməyə hazırdır. Mən Rusiya və Ukrayna nümayəndə heyətlərini ölkəmizdə qəbul etməkdən məmnun olaram.”

Ərdoğan vurğulayıb ki, hərtərəfli atəşkəsin əldə olunması, sülh danışıqlarının başlanması üçün zəruri zəmini yaradacaq və bu fürsət əldən verilməməlidir:

“Ümid edirik ki, İstanbulda planlaşdırılan bu cəhdlər boşa getməz və bölgəyə real sülh gətirər.”

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*