Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özeli məhkəməyə verib.
KONKRET.az xəbər verir ki, prezidentin vəkili Hüseyn Aydının sözlərinə görə, iddiada xunta ilə müqayisəyə və təhqirlərə görə 500 min lirə (təxminən 13 min 100 dollar) məbləğində mənəvi təzminat tələbi var.
Vəkil onu da qeyd edib ki, iddia cinayət işinin başlanması üçün Ankara Baş Prokurorluğuna göndərilib.
Qeyd edək ki, Aprelin 6-da Ankarada CHP-nin növbədənkənar qurultayı keçirilib. Özəl yenidən partiya başqanı seçilib. Siyasətçi çıxışı zamanı Ərdoğanı və hökumətini “ölkəni zəbt etmiş xunta” adlandırıb. Özəlin bu sözləri hökumət üzvlərinin kəskin tənqidinə səbəb olub.
Aynurə İsmayıl
KONKRET.az