Ərdoğan Putinlə telefonla danışdıbackend

Ərdoğan Putinlə telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefonla danışıb.

KONKRET.az “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Telefon söhbəti zamanı R. T. Ərdoğan Türkiyənin Qəzzədə atəşkəsin təmin olunması və humanitar yardımların bölgəyə çatdırılması üçün səylər göstərdiyini bildirib. O, həmçinin Ukrayna-Rusiya müharibəsinin ədalətli və davamlı sülhlə nəticələnməsi üçün diplomatik təşəbbüslərin sürətlənməsinin vacibliyini vurğulayıb və Türkiyənin sülh naminə çalışmaqda davam edəcəyini qeyd edib.

Görüş zamanı Ərdoğan rusiyalı həmkarını doğum günü münasibətilə təbrik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*