Ərdoğan terrorçuları dəstəkləyənlərə xəbərdarlıq etdibackend

Ərdoğan terrorçuları dəstəkləyənlərə xəbərdarlıq etdi

“İstanbuldakı terror aktı mərd formada qarşımıza çıxmağa cəsarəti olmayanların alçaq hücumudur”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə Suriya və İraqın şimalındakı terror yuvalarını darmadağın edərək buna cavab verib: “Terrorçular bu dəfə də svil insanlarımızı hədəf aldılar. 4 yaşındakı körpəmiz, 22 yaşlı müəllimimiz şəhid oldu”.

Onun sözlərinə görə, terrorçuların kimliyi, onları kimlərin himayə etdyi və cəsarətləndirdiyi Türkiyəyə məlumdur: “Səbrimiz cəsarətsizliyimiz kimi qiymətləndirilməməlidir. Biz hüquqi dövlət olaraq diplomatiyanın tərəfdarıyıq”.

Türkiyə lideri həmçinin quru əməliyyatlarının anonsunu verib: “Ən qısa zamanda tankımızla, əsgərlərimizlə bütün terrorçuları məhv edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*