Ərdoğan-Zelenski görüşü başa çatdı: Ukrayna Rusiya ilə bağlı mövqeyini bildirəcəkbackend

Ərdoğan-Zelenski görüşü başa çatdı: Ukrayna Rusiya ilə bağlı mövqeyini bildirəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında Ankarada keçirilən görüş başa çatıb.

KONKRET.az xəbər verir ki, təxminən üç saat davam edən görüşdən sonra Zelenskinin Rusiya nümayəndə heyəti ilə danışıqlara dair Ukraynanın mövqeyini açıqlayacağı gözlənilir.

Bundan əvvəl Zelenski bildirmişdi ki, Ərdoğanla görüşdən sonra Moskva ilə mümkün danışıqlarla bağlı rəsmi mövqeyini bəyan edəcək.

Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Heyətdə həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin, Silahlı Qüvvələrin Baş Qərargah İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin yer alır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*