Ərdoğan: “Zelenski və Putin razılaşsa…”backend

Ərdoğan: “Zelenski və Putin razılaşsa...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışığı zamanı bildirib ki, əgər o və Rusiya Prezidenti Vladimir Putin danışıqlara hazır olduqlarını bəyan etsələr, onları Türkiyədə qəbul etməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.

Ərdoğan qeyd edib ki, Ankara tərəflər arasında sülhə nail olmaq üçün vasitəçilik səylərini davam etdirəcək və mümkün danışıqlar üçün şərait yaratmağa hazırdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*