Ərdoğan Zirvə Görüşündən paylaşım etdi – FOTObackend

Ərdoğan Zirvə Görüşündən paylaşım etdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü ilə bağlı paylaşım edib.

KONKRET.az xəbər verir ki, R.T.Ərdoğan “X” hesabındakı paylaşımında Zirvə Görüşündə imzalanan Qəbələ Bəyannaməsinin Türk dünyası başda olmaqla bütün dost və qardaş ölkələr üçün xeyirli olmasını arzulayıb.

“Təşkilat cəmi 16 il kimi qısa bir müddətdə “dildə, fikirdə, işdə birlik” şüarı ilə mühüm uğurlara imza atıb, indi isə bu uğurlara yenilərini əlavə edirik”, – deyə o qeyd edib.

Prezident, həmçinin bu gün TDT ölkələrinin razılığa gəldiyi “TDT+” formatının üçüncü tərəflərlə əməkdaşlığa yeni bir nəfəs gətirəcəyinə inandığını vurğulayıb:

“Terrorizmdən qanunsuz miqrasiyaya, kibertəhdidlərdən iqlim dəyişikliyinə qədər bütün bu problemlərə ortaq mövqe ilə cavab verə biləcəyimizi və öz göy qübbəmiz altında öz təhlükəsizliyimizi gücləndirə biləcəyimizi düşünürəm. Nəqliyyat, enerji təhlükəsizliyi və ticarət inteqrasiyası sahəsindəki təşəbbüslərimizi də bu yanaşmanın tamamlayıcı hissələri hesab edirik. Aramızdakı enerji və rabitə əlaqələrini daha da effektivləşdirəcək layihə və investisiyalara diqqət yetirmək hamımızın xeyrinədir. Cənubi Qafqazdakı prosesləri sadəcə izləməkdə qalmır, bölgədə sülh və sabitliyin təmin olunması üçün atılan addımları səmimi şəkildə dəstəkləyirik”.

Türk Devletleri Teşkilatı 12’nci Zirvesi’ni Azerbaycan’da, köklü tarihimizin izlerini taşıyan güzide şehir Gebele’de gerçekleştirdik.

İmzaladığımız Gebele Bildirisi’nin Türk dünyası başta olmak üzere tüm dost ve kardeş ülkelere hayırlı olmasını temenni ediyorum.… pic.twitter.com/WDwhpoxrD3

— Recep Tayyip Erdoğan (@RTErdogan) October 7, 2025

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*