Ərdoğanla Putin Soçidə Cənubi Qafqazı müzakirə edəcəklərbackend

Ərdoğanla Putin Soçidə Cənubi Qafqazı müzakirə edəcəklər

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidəki danışıqlarda Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb:

“29 sentyabrda Soçidə Rusiya Prezidenti Vladimir Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.

Siyasi, ticarət və iqtisadi sahələrdə Rusiya-Türkiyə tərəfdaşlığının müxtəlif aspektlərini müzakirə etmək planlaşdırılır. Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyətin inkişafı da daxil olmaqla aktual beynəlxalq mövzularda ətraflı fikir mübadiləsi aparılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*