Şəmkir rayonunun Şiştəpə kənd sakini, 1985-ci il təvəllüdlü Röyalə Orucovanın əri Arif Hacıyev tərəfindən öldürülməsinin təfərrüatı məlum olub.
KONKRET.az xəbər verir ki, Şiştəpə kənd sakinləri Teleqraf-a hadisənin kəndə yerləşən gözəllik salonunun qarşısında, mərhum qadının qardaşının gözləri önündə baş verdiyini bildiriblər.
Qeyd olunub ki, R.Orucovanın həyat yoldaşı onu bıçaqla qətlə yetirib. Hadisənin namus zəminində baş verdiyi iddia edilir. Belə ki, bir müddətdir kənddə qadının adı ətrafında bu yöndə söz-söhbətlər dolaşırmış və əri R.Orucovanı öldürəcəyi ilə dəfələrlə hədələyib. Hətta bu söhbətlərə görə, onların böyük qızının ailəsi dağılıb.
R.Hacıyevanın həyat yoldaşı saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mərhumun yaxın qohumları heç bir yas mərasimi keçirilməyəcəyini bəyan ediblər.